Braziliya millisi DÇ-2026-nın 1/8 final mərhələsi öncəsi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi Lukas Paketa zədə səbəbindən növbəti matçı buraxacaq.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Futbolçu 1/16 finalda Yaponiyaya qarşı keçirilən görüşdə narahatlıq hiss edib. İlk hissənin son dəqiqələrində axsamağa başlayan Paketa fasilədən sonra meydana qayıtmayıb və 46-cı dəqiqədə Endriklə əvəzlənib.
Braziliya 1/8 finalda Norveç millisi ilə qarşılaşacaq.
Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi DÇ-2026 iyunun 11-də başlayıb və iyulun 19-da başa çatacaq. Mundialın son qalibi Argentina millisidir.