Ceko Konfrans Liqasının tarixinə düşüb
24.10.2025 - 11:55
“Fiorentina”nın hücumçusu Edin Ceko UEFA Konfrans Liqası tarixinə düşüb.
Apasport.az xəbər verir ki, 39 yaşlı forvard turnirdə qol vuran ən yaşlı futbolçu adını qazanıb.
Təcrübəli hücumçu komandasının ötən gün Avstriya təmsilçisi “Rapid”lə keçirilən görüşündə fərqlənib.
Qeyd edək ki, “Fiorentina” səfərdə rəqibini 3:0 hesabı ilə məğlub edib.
0
0