“Qarabağ” bu gün Çempionlar Liqasında növbəti oyuna çıxıb.
Apasport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda “Çelsi”ni qəbul edib.
İngiltərə təmsilçisi ilə görüşə saat 21:45-də start verilib.
Gərgin keçən oyunda azarkeşlər 4 qola şahidlik ediblər. Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.
Çempionlar Liqası
Liqa mərhələsi, IV tur
5 noyabr
21:45 Qarabağ – Çelsi (İngiltərə) 2:2
Qol: Estevao, 16, A. Qarnaço, 53, L. Andrade, 29, M. Yankoviç, 39-p.
Baş hakim: Sebastyan Qishamer (Avstriya)
Tofiq Bəhramov adına Respublika stadionu
"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Meteus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalo, 20. Kadi Borges, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), Kamilo Duran
Baş məşqçi: Qurban Qurbanov
"Çelsi": 1. Robert Sançes, 3. Mark Kukureya, 4. Tosin Adarabioyo, 21. Yorrel Ato, 24. Ris Ceyms (k), 17. Andrey Santos, 45. Romae Lavia, 32. Tirik Corc, 11. Ceymi Gittens, 41. Estevao, 20. Joao Pedro
Baş məşqçi: Entso Mareska
- “Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi
- “Çelsi”nin heyətində itki yaşandı - OYUNU DAVAM ETDİRƏ BİLMƏDİ
- ÇL: “Bavariya” PSJ-ni , “Liverpul” “Real”ı məğlub edib - YENİLƏNİB
- “Arsenal”ın 15 yaşlı futbolçusu ÇL-nin tarixinə düşüb
- "Viktoriya Plzen" - "Fənərbaxça" matçı niderlandlı hakimlərə tapşırılıb