Çempionlar Liqası: “Fənərbaxça” “Dinamo” ilə görüşəcək
15.06.2022 - 14:17
Çempionlar Liqasında 2022/23 mövsümünün II təsnifat mərhələsinin püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, Türkiyə təmsilçisi “Fənərbaxça”nın bu raunddakı rəqibi müəyyənləşib.
Super Liqada ötən mövsümü ikinci pillədə başa vuran İstanbul klubu püşkatma zamanı Liqa yolunda yer alıb. Püşkün nəticəsinə əsasən, “sarı-lacivərdlilər” II mərhələdə Kiyev “Dinamo”suna (Ukrayna) rəqib olub. İlk görüş Kievdə baş tutacaq.
Qeyd edək ki, bu mərhələnin oyunları iyulun 19-20-də və 26-27-də keçiriləcək.
- ML: İspaniya və İsveçrədən darmadağın - YENİLƏNİB
- "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq
- Azərbaycan - Lixtenşteyn oyununun hakimləri bəlli olub
- Millimiz Avropa çempionatında mübarizəyə əsas mərhələdən başlayacaq
- Millətlər Liqası: Fransa Belçika səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
0
0