Çempionlar Liqası: "SABAH"IN RƏQİBİ BƏLLİ OLDU - YENİLƏNİB
16.06.2026 - 18:07
Bu gün UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.
Apasport.az xəbər verir ki, tədbirdə "Sabah"ın rəqibi də bəlli olub.
Yığıncaq İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında baş tutub.
Komandamız Uelsin TNS klubuna rəqib olub. Təmsilçimiz ilk matçı evdə keçirəcək.
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də baş tutacaq.
- TRT-dən mundialdakı kuryoz səhvə görə üzrxahlıq: Şərhçi yayım qrupundan uzaqlaşdırıldı
- DÇ-26: İspaniya millisinin hücumçusundan antirekord: 30 dəqiqə topa toxunmadı
- Dünya çempionatında 68 ildən sonra ilk: Bir gündə 4 heç-heçə
- DÇ-2026: Fransa mübarizəyə başlayır - YENİLƏNİR
- Tunis məğlubiyyətdən sonra baş məşqçisini dəyişdi: Renar milliyə gətirildi
0
0