"Sabah"ın futbolçusu Velko Simiç UEFA Çempionlar Liqasında ardıcıl 5-ci oyunda qol vurmaqla rekorda imza atıb.
Apasport.az xəbər verir ki, o, pley-off mərhələsinin "Hapoel" (Beer Şeva, İsrail) ilə səfər oyununda (1:2) fərqlənib.
Serbiyalı yarımmüdafiəçi bunadək II təsnifat mərhələsinin "KuPS" (Finlandiya) ilə hər iki matçında (1:0, 2:0), ardınca isə III təsnifat mərhələsinin "Orhus" (Danimarka) ilə görüşlərində (1:2, 4:0) də rəqib qapısına yol tapmışdı.
Simiç bununla da Azərbaycan futbolu tarixinə klubların heyətində UEFA Çempionlar Liqasında ardıcıl 5 matçda qol sevinci yaşayan ilk oyunçu kimi düşüb. Bunadək şərikli rekord "Qarabağ"ın hücumçularına məxsus idi. Redon Cica 2023/2024, Olavio Juninyo 2024/2025 mövsümündə ardıcıl 4 qarşılaşmada azarkeşləri sevindirib. Cica I və II təsnifat mərhələlərində 4 oyunda 5, Juninyo II və III təsnifat mərhələlərindəki 4 görüşdə 6 qol vurub.
Qeyd edək ki, Velko Simiç rekord seriyanı növbəti qarşılaşmalarda uzada da bilər.
- AL: “Beşiktaş” İngiltərə klubuna qarşı – YENİLƏNİR
- Çempionlar Liqası: Münhendə qalib müəyyənləşmədi - YENİLƏNİB
- FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi təşkil olunacaq
- ÇL: “Barsa” PSJ-yə məğlub oldu - YENİLƏNİB
- Valdas Dambrauskas: “Bu, bizdə məyusluq yaratdı”