
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, Qazaxıstan təmsilçisi “Kayrat” öz meydanında Şotlandiyanın “Seltik” klubunu qəbul edib.
Qalibin penaltilər seriyasında müəyyənləşdiyi görüşdə ev sahibləri rəqibini 3:2 hesabı ilə məğlub edərək tarixlərində ilk dəfə turnirin əsas mərhələsinə vəsiqə qazanıblar.
Bununla yanaşı, “Kayrat”ın çıxışı Çempionlar Liqasında ən uzaq səfərlə də yadda qalacaq. Belə ki, Çin sərhədinə ən yaxın bölgədə yerləşən Almatı şəhərinin İstanbulla arasında 3900 km, Madridlə 6400 km, Londonla 5600 km, Barselona ilə 5900 km, Parislə isə 5500 km fərq var.
Qeyd edək ki, Qazaxıstan təmsilçisi turnirin əvvəlki mərhələlərində İsrailin “Makkabi Tel-Əviv” və Ukraynanın “Dinamo Kiyev” komandalarını mübarizədən kənarlaşdırıb.