Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, ilk gün 3 matç keçirilib.
Türkiyə təmsilçisi "Fənərbaxça" İstanbulda "Lion"la üz-üzə gəlib.
Gərgin keçən matçın ilk hissəsi qonaqların minimal hesablı üstünlüyü ilə başa çatıb. Fasilədən sonra hücumlarını artıran “sarı-lacivərdlilər” hesabı bərabərləşdirməyi bacarıblar. Qarşılaşmada başqa qol olmayıb və görüş 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, pley-offun digər 4 matçı sabah keçiriləcək.
Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
18 avqust
23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) – "Vikinq" (Norveç) 2:2
23:00. "Levski" (Bolqarıstan) - AEK (Yunanıstan) 0:0
23:00. "Fənərbaxça" (Türkiyə) – "Lion" (Fransa) 1:1
- AL: “Beşiktaş” İngiltərə klubuna qarşı – YENİLƏNİR
- Çempionlar Liqası: Münhendə qalib müəyyənləşmədi - YENİLƏNİB
- FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi təşkil olunacaq
- ÇL: “Barsa” PSJ-yə məğlub oldu - YENİLƏNİB
- Valdas Dambrauskas: “Bu, bizdə məyusluq yaratdı”