ÇL: “Fənərbaxça” liqa mərhələsində! - YENİLƏNİB
27.08.2026 - 01:39
ÇL: “Fənərbaxça” liqa mərhələsində! - YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.

Apasport.az xəbər verir ki, son oyun günündə 4 qarşılaşma keçirilib.

Türkiyə təmsilçisi “Fənərbaxça” Fransada “Lion”un qonağı olub. İstanbullular ilk hissədə iki qol vurublar. Meydan sahiblərinin gücü yalnız təsəlli topuna çatıb - 1:2.

“Vikinq” isə doğma meydanda Zaqreb “Dinamo”sunu qəbul edib. Matç meydan sahiblərinin qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, ötən gün “Sabah”, “Bodo-Qlimt” və LASK turnirin liqa mərhələsinə vəsiqə qazanıb.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları

23:00. AEK - "Levski" 4:0

23:00. "Selye" - "Slovan" 1:2

23:00. "Lion" - "Fənərbaxça" 1:2

23:00. "Vikinq" - "Dinamo" 3:1