ÇL: Həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
23.01.2025 - 11:38
Çempionlar Liqasında Liqa mərhələsinin VII turunun matçlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Apasport.az xəbər verir ki, səsvermədə “Real”dan Vinisius Junior, "Atletiko"dan Xulian Alvares, "Barselona"dan Rafinya və PSV-dən Luk de Yonq mübarizə aparacaq.
Sözügedən oyunçuların hər biri 7-ci tur görüşlərində dubla imza atıblar. Vinisius “Zalsburq”a (5:1), Alvares “Bayer”ə (2:1), Rafinya “Benfika”ya (5:4), De Yonq isə "Srvena Zvezda"ya (3:2) 2 qol vurub.
0
0