ÇL: Həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
08.05.2025 - 09:34
ÇL: Həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Apasport.az xəbər verir ki, bu ada “İnter”dən qapıçı Yan Sommer, PSJ-dən isə müdafiəçi Aşraf Hakimi namizəd görülüb.

Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində məlum olacaq.