ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin başa çatmasının ardından 1/8 finalın bütün iştirakçıları və cütləri dəqiqləşib.
Apasport.az xəbər verir ki, mundialın növbəti mərhələsində azarkeşləri bir-birindən maraqlı qarşılaşmalar gözləyir.
1/8 finalın cütləri:
• Paraqvay – Fransa
• Kanada – Mərakeş
• Portuqaliya – İspaniya
• ABŞ – Belçika
• Braziliya – Norveç
• Meksika – İngiltərə
• Argentina – Misir
• İsveçrə – Kolumbiya
Qeyd edək ki, 1/8 final oyunları iyulun 4-7-də keçiriləcək. Qalib komandalar dörddəbir finala vəsiqə qazanacaqlar.