DÇ-2026: Almaniya Lüksemburqa, Malta Finlandiyaya qalib gəlib - YENİLƏNİB
15.11.2025 - 01:45
DÇ-2026: Almaniya Lüksemburqa, Malta Finlandiyaya qalib gəlib - YENİLƏNİB

DÇ-2026-nın Avropa üzrə seçmə mərhələsinin IX turunda bu gün növbəti görüşlər keçirilib.

Apasport.az xəbər verir ki, A, G, L qruplarında ümumilikdə 6 qarşılaşma baş tutub.

Almaniya millisi səfərdə Lüksemburqun, Niderland isə Polşanın qonağı olub.

DÇ-2026

Seçmə mərhələ

14 noyabr

A qrupu

23:45. Lüksemburq - Almaniya 0:2

23:45. Slovakiya - Şimali İrlandiya 1:0

Xal durumu: Almaniya - 12, Slovakiya - 12, Şimali İrlandiya - 6, Lüksemburq - 0.

G qrupu

21:00. Finlandiya - Malta 0:1

23:45. Polşa - Niderland 1:1

Xal durumu: Niderland - 17, Polşa - 14, Finlandiya - 10, Malta - 5, Litva - 3.

L qrupu

23:45. Cəbəllütariq - Monteneqro 1:2

23:45. Xorvatiya - Farer Adaları 3:1

Xal durumu: Xorvatiya -19, Çexiya - 13, Farer Adaları - 12, Monteneqro - 9, Cəbəllütariq - 0.