DÇ-2026: Portuqaliya və Norveçdən darmadağın, Ukrayna pley-offda - YENİLƏNİB
17.11.2025 - 01:40
DÇ-2026: Portuqaliya və Norveçdən darmadağın, Ukrayna pley-offda - YENİLƏNİB

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti oyunlar keçirilib.

Apasport.az xəbər verir ki, 4 qrupda 8 qarşılaşma baş tutub.

I qrupunda İtaliya Norveçlə üz-üzə gəlib. Qonaqlar rəqibini 4:1 hesabı ilə darmadağın edib.

F qrupunda isə Portuqaliya Ermənistanı 9:1 hesabı ilə meydana çıxmağa peşman edib.

DÇ-2026, seçmə mərhələ

16 noyabr

D qrupu

21:00. Azərbaycan - Fransa 1:3

21:00. Ukrayna - İslandiya 2:0

Xal durumu: Fransa - 16, Ukrayna - 10, İslandiya - 7, Azərbaycan - 1

F qrupu

18:00. Macarıstan - İrlandiya 2:3

18:00. Portuqaliya - Ermənistan 9:1

Xal durumu: Portuqaliya - 13, İrlandiya - 10, Macarıstan - 8, Ermənistan - 3

I qrupu

23:45. İtaliya - Norveç 1:4

23:45. İsrail - Moldova 4:1

Xal durumu: Norveç - 24 (8 oyuna), İtaliya - 18 (8 oyuna), İsrail - 12 (8 oyuna), Estoniya - 4 (8 oyuna), Moldova - 1 (8 oyuna).

K qrupu

21:00. Albaniya - İngiltərə 0:2

21:00. Serbiya - Latviya 2:1

Xal durumu: İngiltərə - 24 xal (7 oyuna), Albaniya - 14 (7 oyuna) Serbiya - 13 (7 oyuna) Latviya - 5 (7 oyuna), Andorra - 1 (8 oyuna)