DÇ-2026: Uruqvay, Boliviya və Braziliyadan qələbə
11.06.2025 - 08:54
DÇ-2026: Uruqvay, Boliviya və Braziliyadan qələbə

2026-cı ildə keçiriləcək dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsində növbəti oyunlar baş tutub.

Apasport.az xəbər verir ki, 5 qarşılaşma baş tutub. 

Boliviya yığması Çilini 2:0 hesabı ilə məğlub edib. Uruqvay-Venesuela qarşılaşması da eyni nəticə ilə başa çatıb - 2:0. 

Argentina Kolumbiya millisi ilə heç-heçə edib - 1:1. Peru - Ekvador görüşündə hesab açılmayıb. 

Braziliya isə minimal hesabla Paraqvaydan üstün olub - 1:0.