Argentina millisinin futbolçusu Lionel Messi DÇ-2026-da tarixi göstəriciyə imza atıb.
Apasport.az xəbər verir ki, 38 yaşlı hücumçu qrup mərhələsinin I turunda Əlcəzairə qarşı keçirilən matçda het-trik edib.
“İnter Mayami”nin futbolçusu Argentinanın 3:0 hesablı qələbəsində bütün qolların müəllifi olub. Bununla da Messi dünya çempionatları tarixində het-trik edən 4-cü argentinalı futbolçu kimi yadda qalıb.
Daha əvvəl Argentinada bu uğura Qonsalo İquain, Qabriel Batistuta və Gilyermo Stabile imza atıblar. İquain 2010-cu ildə Cənubi Koreya ilə oyunda, Batistuta 1994-cü ildə Yunanıstan, 1998-ci ildə Yamayka ilə görüşdə, Stabile isə 1930-cu ildə Meksikaya qarşı dueldə het-trik edib.
Qeyd edək ki, Messi 38 yaş 357 günlüyündə bunu bacarıb. Argentina DÇ-2026-nın J qrupunda Əlcəzair, Avstriya və İordaniya ilə mübarizə aparır.