Argentina millisinin baş məşqçisi Lionel Skaloni yubiley matçına çıxıb.
Apasport.az xəbər verir ki, DÇ-2026-nın 1/16 final mərhələsində Kabo-Verde ilə keçirilən oyun 48 yaşlı mütəxəssisin yığmanın sükanı arxasında 100-cü qarşılaşması olub.
Skaloni 2018-ci ildən Argentina millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 100 oyunun 73-də qələbə qazanıb, 18 heç-heçə edib və 9 dəfə məğlub olub. Bu matçlarda top fərqi 209:52-dir.
Argentina millisi Skaloninin dövründə 4 titul qazanıb. Komanda 2021 və 2024-cü illərdə Amerika Kubokunun, həmçinin Finalissima turnirinin və 2022-ci il dünya çempionatının qalibi olub.
Bu müddətdə yığmanın ən məhsuldar futbolçusu Lionel Messi olub. O, Skaloninin rəhbərliyi altında Argentina millisində 59 qol vurub.
Qeyd edək ki, Argentina millisində oyun sayı və qələbə sayı üzrə rekord Gilyermo Stabileyə məxsusdur. O, 1939-1960-cı illərdə komandaya rəhbərlik etdiyi dönəmdə 127 oyun keçirib və 85 qələbə qazanıb.
- Avropa Liqası: “Sosyedad” və “Benfika”dan darmadağın - YENİLƏNİB
- AL: İstanbulda qalib müəyyənləşmədi – YENİLƏNİB
- KL: "Trabzonspor" Şotlandiya klubunu məğlub etdi - YENİLƏNİB
- Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb
- Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib