DÇ: “Palmeyras” və “İnter Mayami”dən qələbə, PSJ bacarmadı - YENİLƏNİB
20.06.2025 - 09:55
DÇ: “Palmeyras” və “İnter Mayami”dən qələbə, PSJ bacarmadı - YENİLƏNİB

Bu gün Klublararası Dünya Çempionatında qrup mərhələsinin II turuna start verilib.

Apasport.az xəbər verir ki, A qrupunda “Palmeyras” “Əl Əhli” ilə qarşılaşıb.

Görüş Braziliya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“İnter Mayami”nin rəqibi isə “Portu” olub.

Gərgin keçən qarşılaşmada azarkeşlər 3 qola şahidlik ediblər. MLS klubu rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb. Bu nəticə ilə messinin komandası qrupdakı ilk qələbəsini qazanıb.

Klublararası Dünya Çempionatı
Qrup mərhələsi, II tur

19 iyun

A qrupu
20:00 "Palmeyras" – "Əl Əhli" 2:0
23:00 "İnter Mayami" – "Portu" 2:1

Xal durumu: "Palmeyras" – 4, "İnter Mayami" – 4, "Əl Əhli" – 1, "Portu" – 1

B qrupu

"Sietl Saunders "– "Atletiko" 1:3
Qollar: A.Rusnak, 50 – P.Barrios, 11, 55, A.Vitsel, 47

PSJ – "Botafoqo" 0:1
Qol: İ.Xesus, 36

Xal durumu: "Botafoqo" – 6, PSJ – 3," Atletiko" – 3, "Sietl Saunders" – 0