Depay Van Persiyə çatdı - 50 qol
11.06.2025 - 01:07

Hazırda Braziliyanın “Korintians” klubunda çıxış edən Memfis Depay Niderland millisinin heyətində ən çox qol vuran futbolçu adına şərik olub.
Apasport.az xəbər verir ki, hücumçu DÇ-2026-nın seçmə mərhələsində Malta ilə oyunda dubl edib.
Qarşılaşma, həmçinin Depayın Niderland millisinin heyətində keçirdiyi 102-ci oyun olub. O, bu oyunla yığmadakı qollarının sayını 50-yə çatdırıb.
Bu göstərici ilə 31 yaşlı futbolçu Niderland futbolu tarixinin ən yaxşı bombardiri olan Robin van Persiyə çatıb.
0
0