
Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Fransaya 0:3 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Didye Deşam oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Fransa 3:0 qalib gəldi. Birinci hissədə gördükləriniz sizi qane edir?
- İstədiyimiz nəticəni əldə etdik, amma xeyr, tam qane etmədi. Komandada yorğunluq var idi. Topun hərəkətində vertikallıq çatışmırdı. İstədiklərimizi həyata keçirməkdə çətinlik çəkirdik. Futbolçulara demişəm ki, intensiv oynamaq lazımdır, amma bu gün bunu yetərincə etmədik. Rəqibi çətin vəziyyətə sala bilmədik, çünki yorğunluq hiss olunurdu. Sevincdən göylərə qalxmayacağam. Daha çox qol vura bilərdik.
- Tovenin qol vurması haqda nə deyərdiz?
- Bu, həm bizim, həm də onun üçün yaxşı haldır. Toven üçün bu, bir növ geridönüş idi. O, qol vurmaq keyfiyyətinə malik oyunçudur. Top ayağına gəldikdə fərqlənməyə çalışır. Məmnunam ki, bu matçda da qol vura bildi.
- Kilian Mbappenin ayağındakı problemindən nə xəbər var? Çünki lider rolunu oynayırdı...
- Mbappe ayaqlarını çox sürətlə hərəkət etdirir və topa toxunan kimi sürətlənir. O, lider və komandamızın kapitanıdır. Təəssüf ki, ayağında problem var, zərbəni də eyni yerdən aldı. Ağrısı çox idi, amma vəziyyəti stabildir. Kapitan kimi əsas vəzifəsi komandaya rəhbərlik etməkdir və bunu da yerinə yetirdi.
- Bu cür matçlardan dərs çıxarmaq olar?
- Hər zaman dərs almaq lazımdır - həm fərdi, həm də kollektiv şəkildə. Dərs çıxararkən rəqibi də nəzərə almaq vacibdir. Buraya işimizi görməyə gəlmişdik. Daha yaxşısını edə bilərik.
- Nəticəni kənara qoysaq, ən çox nə xoşunuza gəldi?
- Elementar oyun idi. 7 qol imkanımız var idi, üçünü vurduq.
- 1995-ci ildə Azərbaycana qarşı oynamısız, 10:0 qalib gəlmişdiniz. Üç ildən sonra dünya çempionu oldunuz. Sizə elə gəlmir ki, Fransa yenidən üç ildən sonra dünya çempionu olacaq?
- İnanmıram ki, 3 ildən sonra dünya çempionatı olsun. İstəyimiz ora seçilməkdir. Azərbaycana qarşı oyun uzun illər əvvəl olub. Səhv etmirəmsə, Oserdə oynayırdıq. O vaxtı indiki oyunçularım dünyaya gəlməmişdi. Futbolçulara vaxt vermək lazımdır, gəncdirlər.
- DÇ-2026: Danimarkadan 6, Avstriyadan 10 cavabsız qol - YENİLƏNİB
- Amputant futbolu üzrə Millətlər Liqasının bəzi oyunları Bakıda keçiriləcək
- Ukrayna yığması Azərbaycanla oyundan öncə daha iki itki ilə üzləşib
- Azərbaycanın U-17 millisinin heyəti bəlli olub
- Yığmamızın Çexiya və Şotlandiya ilə oyunlar üçün heyəti açıqlanıb