Dünya çempionatına qatılan daha bir ölkə bəlli oldu - 16 il sonra
14.10.2025 - 22:51
Dünya çempionatına qatılan daha bir ölkə bəlli oldu - 16 il sonra

DÇ-2026-nın Afrika zonası üzrə seçmələri davam edir.

Apasport.az xəbər verir ki, C qrupunda yer alan Cənubi Afrika Respublikası sonuncu turda öz meydanında Ruanda yığmasını qəbul edib.

Görüş ev sahiblərinin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə xallarının sayını 18-ə çatdıran CAR millisi, 16 il fasilədən sonra ilk dəfə dünya çempionatına vəsiqə qazanıb.