Əliyar Ağayev Mahir Emrelinin matçına təyinat alıb
14.08.2026 - 22:19
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, Ağayev Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində millimizin hücumçusu Mahir Emrelinin də çıxış etdiyi "Rakuv"un "Hayduk"la matçına baş hakim olaraq təyinat alıb.
Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim Kamal Umudlu olacaq. VAR-da Piter Benks (İngiltərə) və İnqilab Məmmədov çalışacaqlar.
Qeyd edək ki, "Rakuv" – "Hayduk" qarşılaşması avqustun 27-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
- Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb
- Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
- FIFA: “Azərbaycan dünya çempionatına hazırdır” - VİDEO
- Çempionlar Liqası: Münhendə qalib müəyyənləşmədi - YENİLƏNİB
- FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi təşkil olunacaq
0
0