"Fənər" iştirak ərizəsini UEFA-ya göndərib
26.08.2025 - 13:26
"Fənər" iştirak ərizəsini UEFA-ya göndərib

"Fənərbaxça" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə səfərdə "Benfika" ilə qarşılaşacaq.

Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər" bu matç üçün nəzərdə tutulan iştirak ərizəsini UEFA-ya göndərib.

Siyahıya 3-ü qapıçı olmaqla ümumilikdə 24 futbolçunun adı daxil edilib.

Qapıçılar: 1. İrfan Can Eğribayat, 40. Dominik Livakoviç, 13. Tarık Çetin

Müdafiəçilər: 18. Mert Müldür, 27. Nelson Semedo, 37. Milan Şkriniar, 4. Çağlar Söyüncü, 6. Aleksandr Ciku, 95. Yusuf Akçiçek, 14. Yiğit Efe Demir, 24. Ceydon Ostervolde, 33. Arçi Broun

Yarımmüdafiəçilər: 22. Levent Mercan, 5. İsmail Yüksek, 34. Sofyan Amrabat, 28. Bartuğ Elmaz, 17. İrfan Can Kahveci, 7. Fred Rodriqez, 53. Sebastian Şimanski, 20. Cengiz Ünder, 70. Oğuz Aydın

Hücumçular: 94. Anderson Talişka, 19. Yusif En-Nesri, 10. Con Duran

Qeyd edək ki, “Benfika” – “Fənərbaxça” oyunu sabah saat 23:00-da, Portuqaliyada keçiriləcək.