UEFA Avropa Liqasının əsas mərhələsinin VII turunda baş tutacaq "Fənərbaxça" - "Lion" görüşünün hakimləri açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Qarşılaşma italiyalı hakimlər briqadasına tapşırılıb.
Matçı italiyalı referi Simone Sozza idarə edəcək. Onun köməkçiləri Alberto Teqoni və Giorgio Peretti olacaq.
İtaliya Futbol Federasiyasından Matteo Marçetti dördüncü hakim funksiyasını yerinə yetirəcək. Qarşılaşmada VAR-a Paolo Mazzoleni, AVAR-a isə Daniele Doveri rəhbərlik edəcək.
Qeyd edək ki, "Fənərbaxça" - "Lion" oyunu 23 yanvar, saat 21:45-də Şükrü Saracoğlu stadionunda start götürəcək.
- “Aston Villa” ilə oyunda fərqləndi, əməliyyat olunacaq
- "Qalatasaray" “Aston Villa”nı əliboş yola saldı - YENİLƏNİB
- Umarali Raxmonaliyev: “Sabah 100 faizdən artığını edəcəyik”
- Valdas Dambrauskas: “Barselona”da zəif tərəf tapmaq çətindir”
- “Sabah” – “Barselona” oyunu ilə əlaqədar metro 1 saat artıq işləyəcək