"Fənərbaxça"nın ÇL həsrəti 17 ilə yüksəldi: Yenə olmadı - YENİLƏNİB
28.08.2025 - 01:00
"Fənərbaxça"nın ÇL həsrəti 17 ilə yüksəldi: Yenə olmadı  - YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.

Apasport.az xəbər verir ki, Türkiyədə qolsuz heç-heçə edən "Fənərbaxça" Portuqaliyada "Benfika" ilə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmanın taleyini 1 qol həll edib. Kerem Aktürkoğlunun 38-ci dəqiqədə vurduğu qolla "Benfika" 1:0 hesablı qələbəyə sevinib və əsas mərhələyə vəsiqə qazanıb.

"Brügge" isə "Reyncers"i 6 cavabsız qolla məğlub etməyi bacarıb - 6:0.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları

23:00. "Benfika" (Portuqaliya) - "Fənərbaxça" (Türkiyə) 1:0
İlk oyun - 0:0

23:00. "Kopenhagen" (Danimarka) - "Bazel" (İsveçrə) 2:0
İlk oyun - 1:1

23:00. "Brügge" (Belçika) - "Reyncers" (Şotlandiya) 6:0
İlk oyun - 3:1