FİFA DÇ-2026-nın finalından sonra baş verən insidentlərlə bağlı Argentina millisinin bir neçə üzvü haqqında intizam araşdırmasına başlayıb.
Apasport.az xəbər verir ki, araşdırma finalda İspaniyaya 0:1 hesabı ilə uduzan Argentina yığmasının futbolçuları və məşqçilər korpusunun nümayəndələrini əhatə edir.
Məlumata görə, Leandro Paredes qarşılaşmadan sonra əvvəlcə İspaniya millisinin müdafiəçisi Erik Qarsiyanın boğazından tutub, daha sonra isə yarımmüdafiəçi Qavini itələyib.
Nahuel Molina isə qələbə sevinci yaşayan Rodrini ayağından vuraraq yıxmağa cəhd göstərib.
FİFA-nın diqqət mərkəzinə düşən digər şəxs Argentina millisinin məşqçilərindən Roberto Ayala olub. Bildirilir ki, o, ispaniyalı futbolçu Dani Olmonun üzünə yumruq atmağa cəhd göstərib.
- KL: "Trabzonspor" Şotlandiya klubunu məğlub etdi - YENİLƏNİB
- Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb
- Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
- FIFA: “Azərbaycan dünya çempionatına hazırdır” - VİDEO
- Çempionlar Liqası: Münhendə qalib müəyyənləşmədi - YENİLƏNİB