Fransa 24 ildən sonra Braziliyanın uğurunu təkrarladı - Mbappe və Dembele fərqləndi
10.07.2026 - 15:09
Fransa millisi DÇ-2026-da maraqlı göstəriciyə imza atıb.
Apasport.az xəbər verir ki, Didye Deşamın komandası 2002-ci ildən bəri bir mundialda heyətində iki futbolçusu ən azı 5 qol vuran ilk yığma olub.
Bu göstərici 1/4 finalda Mərakeşə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra qeydə alınıb. Görüşdə Kilian Mbappe və Usman Dembele fərqlənib.
Mbappe cari dünya çempionatında qollarının sayını 8-ə, Dembele isə 5-ə çatdırıb.
Qeyd edək ki, sonuncu dəfə 2002-ci il dünya çempionatında Braziliya millisində Ronaldo 8, Rivaldo isə 5 qol vurmuşdu.
0
0