Həftənin futbolçusu adına namizədlər bəlli olub
19.03.2026 - 14:56
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Apasport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.
Fransişku Trinkau (“Sportinq”), Vinisius Junior (“Real”), Rafinya ( “Barselona”) və Dominik Soboslai (“Liverpul”) ən yaxşı adı uğrunda mübarizə aparır.
Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.
0
0