İngiltərə millisinin yarımmüdafiəçisi Cordan Henderson DÇ-2026-nın 1/8 finalında Meksikaya qarşı keçirilən oyundan sonra zədələnib.
Apasport.az xəbər verir ki, 36 yaşlı futbolçu 3:2 hesablı qələbədən sonra meydanı təkbaşına tərk edə bilməyib.
O, final fitindən sonra xərəkdə aparılıb.
Henderson qələbəni qeyd edərkən reklam lövhələrinin üzərindən keçmək istəyib. Bu zaman o, ilişərək yıxılıb və qolundan xəsarət alıb.
Maraqlıdır ki, təcrübəli yarımmüdafiəçi görüşdə meydana çıxmayıb. Buna baxmayaraq, o, baş hakimlə mübahisəyə görə sarı vərəqə alıb.
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel daha əvvəl Hendersonun bilək zədəsi səbəbindən xəstəxanaya aparıldığını bildirib.
Qeyd edək ki, futbolçunun dünya çempionatının qalan oyunlarında iştirak edib-etməyəcəyi sual altındadır.
- Avropa Liqası: “Sosyedad” və “Benfika”dan darmadağın - YENİLƏNİB
- AL: İstanbulda qalib müəyyənləşmədi – YENİLƏNİB
- KL: "Trabzonspor" Şotlandiya klubunu məğlub etdi - YENİLƏNİB
- Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb
- Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib