"İnter"in qapıçısı "Barselona" ilə oyunun ən yaxşısı seçilib - VİDEO
07.05.2025 - 11:19
"İnter"in qapıçısı Yann Sommer Çempionlar Liqasının yarımfinal mərhələsinin "Barselona" ilə cavab oyununda (4:3) tarixə düşüb.
Apasport.az xəbər verir ki, Sommer qarşılaşmanın ən yaxşı oyunçusu mükafatına layiq görülüb.

İsveçrəli qapıçı İspaniya nəhəngi ilə 2 matçda 14 seyvlə yadda qalıb.
Qeyd edək ki, "İnter" 2023-cü ildə əsas qapıçısı Andre Onananı 50 milyon avroya "Mançester Yunayted"ə satdıqdan sonra "Bavariya"nın ikinci qapıçısı Yann Sommeri cəmi 6 milyon avroya komandaya cəlb etmişdi.
Sommerin Lamin Yamalın möhtəşəm zərbələrini dəf etdiyi görüntüləri təqdim edirik:
- “Qalatasaray”a "Yuventus"a qarşı oyunlarda onlar kömək edəcək: 3 yeni futbolçu
- Avropa Liqası: “Fənərbaxça”nın pley-offdakı rəqibi bilindi - YENİLƏNİB
- ÇL: Pley-off cütləri müəyyənləşdi - YENİLƏNİB
- Avropa Liqasında növbəti tura yüksələn komandalar müəyyənləşib
- AL: Liqa mərhələsinə yekun vurulub - YENİLƏNİB
1
0