"Qarabağ" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçında "Dinamo"nu məğlub edib - 2:0.
Apasport.az xəbər verir ki, matçdan sonra Kiyev təmsilçisinin baş məşqçisi İqor Kostyukun mətbuat konfransı keçirilib.
- "Qarabağ" nəyi dəyişdi ki, nəticə fəqli oldu?
- "Qarabağ" bütün imkanlardan maksimum yararlandı.
- Marko Yankoviçin səhvindən sonra komandanızın futbolçusu əla epizoddan istifadə edə bilmədi. Buna sərt reaksiya verdiniz...
- İkinci hissə təşəbbüs bizdə idi. Üç real qol imkanımız oldu. Amma ola bilsin ki, uğursuzluq oldu deyə, fürsətlərdən yararlana bilmədik.
- "Qarabağ"a qarşı hava toplarından daha çox istifadə edirdiniz. Bu, "Qarabağ"ın hava toplarında zəif olması ilə əlaqədar idi, yoxsa başqa variantınız yox idi?
- Komanda ilk dəqiqələrdə daha çox aqressiv oynayırdı. Topu nəzarətdə saxlamağa çalışırdıq. Daha çox Ponomarenkaya güvənirdik. Əlimizdən gələni edirdik ki, topa nəzarət bizdə olsun.
- Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb
- Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
- FIFA: “Azərbaycan dünya çempionatına hazırdır” - VİDEO
- Çempionlar Liqası: Münhendə qalib müəyyənləşmədi - YENİLƏNİB
- FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi təşkil olunacaq