İranın ABŞ ilə hərbi münaqişə səbəbindən DÇ-2026-ya yollanıb- yollanmayacağı hələ də dəqiqləşməyib.
İran turnirə qatılmayacağı təqdirdə FİFA alternativ versiyalara əl atacaq.
Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Məlumata görə, FİFA turnirə vəsiqə qazana bilməyən komandalardan ibarət Asiya və Avropadan iki komandanın iştirak edəcəyi qitələrarası pley-off keçirməyi düşünür.
Belə bir pley-off baş tutacağı halda İtaliya yüksək FİFA reytinqi sayəsində həlledici matçda Avropanı təmsil edəcək.
Xatırladaq ki, daha əvvəl İranın DÇ-dakı oyunlarını ABŞ-da yox, Meksikada oynama tələbi qurum tərəfindən qəbul edilməyib.