19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatında bu gün qrup mərhələsinin II turuna start veriləcək.
Apasport.az saytının məlumatına görə, ekspert Emre Can Demirci A qrupunun matçlarına proqnozunu verib.
Türkiyəli mütəxəssis İtaliya və Fransanın bu turda da rəqiblərinə şans verməyəcəyini düşünür:
Ev sahibi kimi qatıldığı turnirdə püşk Slovakiyanın üzünə gülmədi. Onların uzun illərdir heç nə edə bilmədikləri aşağı yaş qrupunda yenə işləri asan olmayacaq. İtaliya qrupda son matçını əsas favoritlərdən olan Fransaya qarşı keçirəcəyi üçün yarımfinal şansını riskə atmaq istəmir. Skuadra Adzurra ilk dəqiqələrdən üstünlüyü ələ alacaq və birinci hissədən etibarən hesabda da önə keçəcək.
Rumıniya ilk turda İtaliyaya qarşı yaxşı müdafiə olunsa da, sona qədər dözə bilməmişdi. Fransa isə Slovakiyanın qapısından asanlıqla 5 cavabsız top keçirmişdi. Fransa rəqibin kimliyindən asılı olmayaraq, eyni futbolu sərgiləyəcək. Rumınlar birinci turda çox yoruldular. Bu gün də müəyyən andan sonra komandada eniş yaşanacaq. Buna görə də fransızların ən azı 3 qolla rəqibini darmadağın edəcəyini düşünürəm.
Slovakiya – İtaliya: H/T – 2
Rumıniya – Fransa: Qonaq komanda 2,5 ÜST
- ML: İspaniya və İsveçrədən darmadağın - YENİLƏNİB
- "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq
- Azərbaycan - Lixtenşteyn oyununun hakimləri bəlli olub
- Millimiz Avropa çempionatında mübarizəyə əsas mərhələdən başlayacaq
- Millətlər Liqası: Fransa Belçika səfərindən 3 xalla qayıdır - YENİLƏNİB