Kabo-Verde yığması DÇ-2026-nın qrup mərhələsində növbəti xalını qazanıb.
Apasport.az xəbər verir ki, Afrika təmsilçisi H qrupunun II turunda Uruqvayla 2:2 hesablı heç-heçə edib. Kabo-Verde hesabı birbaşa cərimə zərbəsindən vurulan qolla açıb.
"Opta"nın məlumatına görə, Kabo-Verde mundiallar tarixində debüt qolunu birbaşa cərimə zərbəsindən vuran ilk komanda olub. Tarixi qolun müəllifi “Krasnodar”ın yarımmüdafiəçisi Kevin Pina olub. Zərbə 32 metrdən vurulub və DÇ-2026-nın indiyədək ən uzaq məsafədən qeydə alınan qolu sayılır.
Qeyd edək ki, Kabo-Verde I turda İspaniya ilə qolsuz heç-heçə etmişdi. Uruqvay isə Səudiyyə Ərəbistanı ilə oyundan 1 xalla ayrılmışdı – 1:1. H qrupunun son turunda Uruqvay İspaniya ilə, Kabo-Verde isə Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq. Hər iki oyun iyunun 27-də keçiriləcək.
- Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası keçirilib
- Azərbaycan millisi məğlub olub
- Konfrans Liqası: "Atalanta" Niderlandda xalsız qaldı - YENİLƏNİB
- Avropa Liqası: “Sosyedad” və “Benfika”dan darmadağın - YENİLƏNİB
- AL: İstanbulda qalib müəyyənləşmədi – YENİLƏNİB