
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" matçından öncə qonaqların futbolçusu Kamer Qaka mətbuat konfransında iştirak edib.
- Bakıya hansı istəklə gəlmisiz? "Qarabağ"ı məğlub edə biləcəksiz?
- Çətin oyun olacağını bilirik. Öz oyunumuzu oynayacağıq. Rəqibimiz güclü, ciddi komandadır. İlk oyunda təəssüf ki, istədiyimiz səviyyədə oynaya bilmədik.
- "Qarabağ"ın heyətində hansı oyunçu sizə çətinlik yaratdı?
- Spesifik olaraq onu deyə bilmərəm. Futbolçulara fərdi fikir vermirəm. Futbol komanda oyunudur. "Qarabağ" kollektiv oynayır. Ona görə ad çəkməyəcəm.
- FKSB-ni keçməyiniz sizə motivasiya verir?
- Hər oyunçunun istəyi odur ki, qələbə qazansın. Biz də bu niyyətlə oyuna çıxacağıq. FKSB ilə oyunda qələbə bu görüş üçün fakt deyil.