KDÇ: “Mançester Siti”dən darmadağın, “Real”dan inamlı qələbə
27.06.2025 - 09:24
KDÇ: “Mançester Siti”dən darmadağın, “Real”dan inamlı qələbə

Klublararası Dünya Çempionatında qrup mərhələsinin üçüncü turunun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, günün ilk oyununda “Mançester Siti” “Yuventus”u məğlub edib. Digər matçda “Əl Əyn” “Vidad”dan üstün olub.

H qrupunda “Real” “Zalsburq”la üz-üzə gəlib. "Kral klubu" rəqibini 3 cavabsız qolla məğlub etməyi bacarıb.

“Əl Hilal” isə “Paçuka” ilə qarşılaşıb. Səudiyyə Ərəsbistanını təmsilçisi rəqibi üzərində 2:0 hesablı qələbəyə sevinib.

Klublararası Dünya Çempionatı
Qrup mərhələsi, III tur

26 iyun

Yuventus – Mançester Siti 2:5
Qollar: T.Koopmeyners, 11, D.Vlahoviç, 84 – J.Doku, 9, P.Kalulu, 26 (avtoqol), E.Haaland, 52, F.Foden, 69, Savinyo, 75

Vidad – Əl Əyn 1:2
Qollar: K.Malula, 4 – K.Laba, 45+1 (pen.), Kaku, 50

H qrupu
05:00. Əl-Hilal - Paçuka - 2:0
05:00. Salzburq - Real Madrid - 0:3