KL: “Sabah”dan inamlı qələbə - YENİLƏNİB
24.07.2025 - 22:58
KL: “Sabah”dan inamlı qələbə - YENİLƏNİB

“Sabah” bu gün Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyuna çıxıb.

Apasport.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Moldovada “Petrokub”la qarşılaşıb.

Görüşə saat 21:00-da start verilib.

İlk hissəsi qolsuz yekunlaşan matçın ikinci hissəsində azarkeşlər 2 qola şahidlik ediblər. Oyun "Sabah"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasındakı cavab matçı iyulun 31-də Bakıda olacaq.

Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun

24 iyul

21:00 Petrokub (Moldova) – Sabah 0:2

"Petrokub": 1. Silviu Smalenea, 90. İon Cardan (k), 21. Maksim Potirniçe, 24. Sedrik Nqa, 66. İon Bors, 11. Serjiu Platiça, 44. Cessi Cou, 39. Teodor Lunqu, 79. Viktor Boqasius, 13. Maksim Kojokaru, 23. Mihaay Lupan

Baş məşqçi: Şota Maxaradze

"Sabah": 92. Stas Pokaatilov, 3. Rəhman Daşdəmirov, 5. Stiv Solvet, 40. İqor Noqeyra, 80. Akkim Zedadka, 10. Anatoli Nuriyev, 22. Zinədin Uld Xaled, 13. İvan Lepenitsa, 70. Cesse Sekidika, 20. Coy-Lens Mikels, 18. Pavol Safranko (k)

Baş məşqçi: Valdas Dambrauskas