Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə təmsilçimiz "Neftçi" Bakıda Belarusun "Dinamo" komandası ilə üz-üzə gəlib.
Görüş qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Türkiyə təmsilçisi "Başakşəhər" isə doğma meydanda Finlandiyanın "İnter Turku" klubunu qəbul edib. Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
22 iyul
20:00. "Neftçi" (Azərbaycan) – "Dinamo" (Minsk, Belarus) 2:4
20:00. "Bohemians" (İrlandiya) – "Ballkani" (Kosovo) 2:1
21:45. "Başakşəhər" (Türkiyə) – "İnter Turku" (Finlandiya) 1:1
22:00. "Vardar" (Şimali Makedoniya) – RFŞ (Latviya) 2:3
22:30. "Spartak" Trnava (Slovakiya) – CSKA 1948 (Bolqarıstan) 0:0
23:00. "Jelezniçar" (Bosniya və Herseqovina) – "Braqa" (Portuqaliya) 0:1