Konfrans Liqası: “Çelsi” çempion - YENİLƏNİB
29.05.2025 - 00:54
Bu gün UEFA Konfrans Liqasının 2024/2025 mövsümünün qalibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, həlledici görüşdə İspaniyanın “Betis” və İngiltərənin “Çelsi” klubları qarşılaşıb.
Polşanın Vrotslav şəhərindəki eyniadlı stadionda baş tutan görüşü Bosniya və Herseqovinadan olan referi İrfan Palto idarə edib.
İspaniya təmsilçisi ilk hissəni 1:0 hesabı ilə öndə başa vursa da, üstünlüyünü qoruya bilməyib. “Zadəganlar” ardıcıl 4 qol vuraraq oyunu çevirməyi və qələbə qazanmağı bacarıblar.
UEFA Konfrans Liqası
Final
23:00. "Betis" - "Çelsi" 1:4
Baş hakim: İrfan Palto (Bosniya)
- Rauf Əliyev: “Valideynlər övladlarının hücumçu olmasını istəmirlər”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millətlər Liqası: Fransa İtaliya səfərindən əliboş qayıdır - YENİLƏNİB
- Sergen Yalçından uğursuz debüt - TÜRKİYƏ BELÇİKAYA MƏĞLUB OLDU - YENİLƏNİB
- Azərbaycan millisi Almaniya ilə bacarmadı
0
0