
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Kopenhagen" matçından öncə ağdamlıların futbolçusu Leandro Andrade mətbuat konfransında iştirak edib.
Apasport.az xəbər verir ki, o, görüşlə bağlı fikirlərini bölüşüb:
"Baş məşqçimiz dediyi kimi, hamımız üçün vacib oyundur. Azərbaycan xalqını sevindirməyə çalışacağıq. Yenidən bunu etmək şansımız var. Bu da bizi motivasiya edir ki, ən yaxşımızı meydanda verək. Stadionumuz gözəldir".
- Sabahkı matçla bağlı proqnozun necədir?
- "Kopenhagen" əla komandadır. Çempionlar Liqasıdır. Hər bir komanda güclüdür. Biz ən yaxşımızı və maksimumuzu meydanda verəcəyik. Qalibiyyət üçün əlimizdən gələni edəcəyik. Oyuna tam dərəcədə fokuslanacağıq.
- "Benfika" ilə matçdan əvvəl qol vuracağını hiss etdiyini demişdin. Sabah qol vuracağını hiss edirsən?
- Mən oyuna daha çox fokuslanmışam. Sabah necə olacağını demək yaxşı olmaz. Sabah necə olacağını görəcəyik. Mübarizə aparacağıq birlikdə. Çox maraqlı oyun olacaq. Ən yaxşısını edəcəyimizə inanıram.