“Levski”nin futbolçusu: “Bakıda da qələbə bizim olacaq”
13.08.2025 - 20:09

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Levski" matçından öncə qonaqların futbolçusu Qasper Trdin mətbuat konfransında iştirak edib.
Apasport.az xəbər verir ki, o, matçla bağlı fikirlərini bölüşüb:
"Baş məşqçimizin bütün tapşrıqlarını yerinə yetirməyə tam hazırıq. İnanırıq ki, Bakıdakı matçda da qələbə bizim olacaq. Sabahkı görüşə 100 faiz hazırıq".
Qeyd edək ki, "Sabah" - "Levski" görüşü avqustun 14-də, saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək.
0
0