"Həlledici bir andayıq. Hazırda yaxşı işlər görürük".
Apasport.az xəbər verir ki, bunu Argentina millisinin baş məşqçisi Lionel Skaloni deyib.
O, komandasının DÇ-2026 üçün şanslarını dəyərləndirib:
"Bu, heç nəyə zəmanət vermir. Amma oyunçular mənə əllərindən gələni edəcəklərini və indi oynadıqları kimi davam edəcəklərini söz verirlər. Həm hücumda, həm də müdafiədə əsl tamaşanın şahidi oluruq. Sanki sabah yoxdur kimi qaçırlar. Topun qapıya girib-girməməsi ikinci dərəcəli məsələdir. İnsanlar bu komandaya azarkeşlik edəcəklər, buna şübhəm yoxdur. Dünya çempionatını ən yaxşı oynayan komanda qazanmır. Burada bir çox amillər rol oynayır. Sona qədər mübarizə aparacağıq".
Qeyd edək ki, Argentina yığması son dünya çempionudur. Turnirin qrup mərhələsində onlar Əlcəzair (17 iyun), Avstriya (22 iyun) və İordaniya (28 iyun) ilə qarşılaşacaqlar.
- Futzal üzrə Azərbaycan millisinin dünya çempionatının əsas mərhələsində yer aldığı səbət bəlli olub
- Hikmət Cəbrayılzadə: "Onunla danışıqdan sonra "Qarabağ"da qalmaq qərarına gəldim"
- Macarıstan-Qazaxıstan matçında təhlükəli an: KAMERA GÖYDƏN MEYDANA DÜŞDÜ - VİDEO
- Siyasət Əsgərov: “Təəssüf ki, bunu bacarmadıq”
- Ayxan Abbasov: “Buna nail olduğumuz üçün sevinirik”