“Liverpul” mövsümdə ilk məğlubiyyətini aldı
27.09.2025 - 22:52
“Liverpul” mövsümdə ilk məğlubiyyətini aldı

İngiltərə Premyer Liqasının VI turu davam edir.

Apasport.az xəbər verir ki, "Liverpul" "Kristal Pelas"ın qonağı olub.

Görüşün 9-cu dəqiqəsində İsmayıla Sarr hesabı açıb. 87-ci dəqiqədə Federiko Kyesa hesabı bərabərləşdirsə də, Eddi Nketia meydan sahiblərinə qələbə qazandırıb – 2:1.

Bununla da, "Liverpul" mövsümdə ilk məğlubiyyətini alıb.