
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerli "Əl-Hilal" və "Əl-Nəsr" komandalarından ibarət birgə kollektivlə PSJ arasında özəl oyun baş tutub.
Apasport.az xəbər verir ki, bu matçda Kriştianu Ronaldo Ərəbistanda debüt edib. O, debüt matçında bəlkə də sonuncu dəfə Lionel Messiyə rəqib olub.
Bu görüşdə daha güclü olan Fransa təmsilçisi 5:4 hesabı ilə qalib gəlib. Oyunda 9 qoldan başqa, 1 qırmızı vərəqə, 3 penalti (birini Neymar vura bilməyib) də qeydə alınıb.
Matçdan sonra biri penaltidən olmaqla, dubl etmiş Kriştianu Ronaldoya "Matçın ən yaxşısı" mükafatı verilib. Həmçinin, komandalara medallar və qalib PSJ-yə xüsusi kubok təqdim olunub.
- DÇ-2026: Kolumbiyadan darmadağın, Argentinadan minimalhesablı məğlubiyyət
- “Beşiktaş”ın yeni transferi millinin heyətində zədələnib
- Ukrayna millisinin futbolçusu: “Azərbaycanla görüş gözlədiyimizdən daha çətin keçdi”
- DÇ-2026: Norveçdən 11 qol, Haalanddan penta-trik - YENİLƏNİB
- Elnur Çodarov: “Oyunu yüksək qiymətləndirirəm”