
Türkiyə yığmasının UEFA Millətlər Liqasında Macarıstanla keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Apasport.az xəbər verir ki, Vinçenzo Montella heyətə 30 futbolcu cəlb edib.
Türkiyə millisinin heyəti
Qapıçılar: Berke Özer, Mert Günok, Muhammed Şengezer, Uğurcan Çakır
Müdafiəçilər: Abdülkerim Bardakcı, Emirhan Topçu, Eren Elmalı, Kaan Ayhan, Merih Demiral, Mert Müldür, Samet Akaydin, Taha Şahin, Yusuf Akçiçek
Yarımmüdafiəçilər: Atakan Karazor, Demir Ege Tiknaz, Hakan Çalhanoğlu, İsmail Yüksek, Orkun Kökçü, Salih Özcan
Hücumçular: Ahmed Kutucu, Arda Güler, Barış Alper Yılmaz, Can Uzun, Deniz Gül, Emre Mor, İrfan Can Kahveci, Kenan Yıldız, Kerem Aktürkoğlu, Oğuz Aydın, Yunus Akgün.
Türkiyə millisində 8 itki
Altay Bayındır, Çağlar Söyüncü, Doğan Alemdar, Enes Ünal, Ferdi Kadıoğlu, Ozan Kabak, Yusuf Yazıcı və Zeki Çelik zədə səbəbindən millinin heyətinə daxil edilməyib.
Həmçinin heyətdə yer alan iki futbolçu - Arda Güler və Merih Demiral sarı vərəqə cəzası səbəbindən martın 20-də keçiriləcək Türkiyə - Macarıstan matçında meydana çıxa bilməyəcək.
Türkiyə yığmasına ilk dəfə çağırılan oyunçular
Yusuf Akçiçek, Taha Şahin və Demir Ege Tıknaz ilk dəfə Milliyə dəvət alıblar.
Qeyd edək ki, Türkiyə - Macarıstan görüşü martın 20-si saat 21:00-da start götürəcək. Cavab oyunu isə 2 gün sonra "Puşkaş Arena"da baş tutacaq.