Millimiz AÇ-yə qələbə ilə START VERDİ
28.05.2026 - 16:53
Millimiz AÇ-yə qələbə ilə START VERDİ

Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında ilk oyununa çıxıb.

Apasport.az xəbər verir ki, F qrupunda yer alan yığmamız Avstriya ilə qarşılaşıb.

“Tipos Arena”da baş tutan görüş Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə nəticələnib

Qarşılaşmada yeganə qolu İsa Atayev vurub.

Qeyd edək ki, yığmamız qrup mərhələsində növbəti oyunlarını 29 mayda İtaliyaya, 30 mayda isə Fransaya qarşı keçirəcək.