Millimiz yarımfinalda- YENİLƏNİB
03.06.2026 - 01:11
Millimiz yarımfinalda- YENİLƏNİB

Azərbaycan minifutbol millisi Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında yarımfinala yüksəlib.

Apasport.az-ın məlumatına görə, komandamız, 1/4 final mərhələsində Çexiyanı 5:2 hesabı ilə məğlub edib. 

Millimizin yarımfinaldakı rəqibi də bəlli olub. 

Həlledici matça gedən yolda Macarıstan Ukrayna ilə, Azərbaycan millisi isə Serbiya ilə qarşılaşacaq. 

Xatırladaq ki, yarımfinal matçları iyunun 3-də, final iyunun 4-də baş tutacaq. 

***

14:23

Azərbaycanın minifutbol millisi Slovakiyada keçirilən Avropa çempionatında 1/4 final matçına çıxacaq.

Apasport.az xəbər verir ki, Elşad Quliyevin yetirmələri Çexiya ilə üz-üzə gələcək.

Qarşılaşma "Tipos Arena"da saat 00:00-da start götürəcək.

Cütün qalibi yarımfinalda Rumıniya - Serbiya duelinin güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisi 1/8 finalda Qazaxıstan yığmasından güclü olub - 3:2.