“Malta ilə matçda Azərbaycan millisi favoritdir. Lakin müasir futbolda zəif rəqib anlayışı yoxdur”.
Bu sözləri “Apasport”a açıqlamasında Qəzənfər Abbasov deyib.
Mütəxəssis Azərbaycan millisinin Malta yığması ilə oyunda şanslarını dəyərləndirib.
Abbasov Azərbaycan seçməsinə güvəndiyini bildirib:
“Yığmamız oyuna ciddi yanaşmalıdır. İlk dəqiqələrdən təşəbbüsü ələ almalı və azarkeşləri sevindirmək lazımdır. Bunun olacağına inanıram. Ayxan Abbasova və komandamıza böyük inamım var. Əsas olan futbolçuların meydanda intizamlı və məsuliyyətli çıxış etməsidir. Ümid edirəm ki, görüş yığmamız üçün uğurla nəticələnəcək. Abbasovun milliyə gəlişi futbolçularda inam yaradıb və komandanın oyunu müsbət mənada dəyişib”.
Qeyd edək ki, Azərbaycan - Malta matçı bu gün saat 22:00-da start götürəcək.