
DÇ-2026-nın seçmə mərhələsi davam edir.
Apasport.az xəbər verir ki, Misli Premyer Liqası təmsilçilərindən "Qarabağ" və "Neftçi"nin futbolçuları da növbəti matçlarına çıxıblar.
Ağdamlıların üzvləri Marko Yankoviç və Marko Veşoviç, həmçinin "ağ-qaralar"ın yarımmüdafiəçisi Edvin Kuçun şərəfini qoruduğu Monteneqro millisi Çexiya ilə qarşılaşıb.
Robert Prosineçkinin yetirmələri görüşdən xalsız ayrılıblar - 0:2.
Hər üç futbolçu meydana start heyətində çıxıb. Kuç 62, Veşoviç 84 dəqiqə meydanda olub. Yankoviç isə sonadək oynayıb.
Qeyd edək ki, Monteneqro millisi 3 oyundan sonra 6 xalla qrupda ikinci pillədə qərarlaşıb.
- KL: "Başakşehir" məğlub oldu, "Beşiktaş"dan heç-heçə - YENİLƏNİB
- "Samsunspor" Yunanıstandan məğlub qayıdır, AL-də günün nəticələri - YENİLƏNİB
- “Qarabağ” - “Ferentsvaroş” matçının biletləri satışa çıxarılacaq
- “Araz-Naxçıvan”ın ÇL üçün heyəti Bəlli oldu
- “Fənər”dən qolsuz heç-heçə: ÇL-də günün nəticələri - YENİLƏNİB