Okan Buruk: "Türkiyənin ən uğurlu komandasıyıq"
18.09.2025 - 12:51
Okan Buruk: "Türkiyənin ən uğurlu komandasıyıq"

"Son 3 mövsümdə çox qələbə qazanmışıq".

Apasport.az xəbər verir ki, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Okan Buruk deyib.

Mütəxəssis UEFA Çempionlar Liqasının I turunun "Ayntraxt"la matçını dəyərləndirib. O, mətbuat konfransında fikirlərini bölüşüb:

"Bu qələbələr "Qalatasaray"ın genində olan bir şeydir. Klubumuz illərlə sadəcə qalib gəlib. Ən çox çempion olan, Avropada kubok qazanan, Türkiyənin ən uğurlu komandasıyıq. Yenə də qazanmaq istəyirik".

Qeyd edək ki, "Ayntraxt" - "Qalatasaray" matçı bu gün saat 23:00-da start götürəcək.